Ötən illərdən fərqli olaraq, mövcud karantin rejimi ilə əlaqədar cari ildə keçirilən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində vakant yer tutmuş namizədlərin sənədləri elektron şəkildə yoxlanılacaq.
İnsider.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, elektron yerləşdirmənin nəticələri elan edildikdən sonra namizədlər iyun ayının 24-dək əmək kitabçasının yazılı qeydlər olan bütün səhifələrini, təhsil haqqında sənəd və ona əlavəni (hər iki üzünü) skan edərək vahid fayl şəklində pdf formatında, eləcə də əvvəlki iş yeri ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən çıxarışı skan edərək pdf formatında şəxsi səhifələrində müvafiq xanalara yükləyəcəklər.