Səhiyyə Nazirliyi son günlər Bakının Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsində, eləcə də Sumqayıt şəhərində orta məktəblərdə şagirdlər arasında yayılan suçiçəyi virusu ilə əlaqədar məlumat yayıb.
Məsələ ilə bağlı nazirlikdən sorğuya cavab olaraq bildirilib ki, bu xəstəlik mövsümi xarakter daşıyır:
“Suçiçəyi xəstəliyinin artımı qışın sonu, yazın əvvəllərində təbii olan prosesdir. Hazırda yaz mövsümü ilə əlaqədar xəstəlik hallarının sayı azalmaqdadır. Epidemioloji vəziyyət nəzarət altındadır”.
Qeyd edək ki, həkimlər suçiçəyi virusunun ömrünün minimum 21 gün olduğunu bildirirlər.
12:08
Məktəblilər arasında suçiçəyi virusu yayılıb. Virusa görə məktəbə getməyənlərin sayında artım müşahidə olunur.
Suçiçəyi virusuna daha çox paytaxtın Yasamal və Qaradağ rayonlarında, Abşeronun Masazır qəsəbəsi və Xırdalan şəhərində, eləcə də Sumqayıt şəhərində rast gəlinir.
Təhlükəli xəstəlik sayılan suçiçəyinə görə həkimlər valideynləri diqqətli olmağa çağırıblar. Vaxtında müalicə prosesinə başlanılmazsa, bu, uşaqların aylarla xəstəxana şəraitində qalması ilə nəticələnə bilər.
Ətraflı ARB TV-nin videomaterialında izləyə bilərsiniz:
Oxu.Az