Özünüməşğulluq proqramına cəlb olunanların sayı bu il 2017-ci ilə nisbətən 13,6 dəfə artacaq.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
İşsiz və işaxtaran vətəndaşların kiçik biznesə yiyələnməsinə imkan yaradan özünüməşğulluq proqramına cəlb olunanların sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır.
Özünüməşğulluq proqramının icrasına başlandığı 2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib.
2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağını göstərir.