Neft 2021-ci ilin ilk əməliyyat günündə bahalaşır.
İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 10:10-da Brent neftinin qiyməti 2.5% bahalaşama ilə 53,07 dollardan Qərbi Texas neftinin qiyməti də 2,3% artımla 49,63 dollardan ticarət olunub.
Neft OPEC+ın istehsalı artırıb artırmamaq qərarını verəcəyi yığıncaqdan əvvəl bahalaşır. Bu gün OPEC+un yığıncağı keçiriləcək və hasilat ilə əlaqədar qərar veriləcək. OPEC+ın Fevral ayında istehsalı artıracağı ehtimalı 50%-dir, çünki dekabrdakı artırım qərarı bir satış dalğasını tətikləməmişdi.
Eyni zamanda Dolların mühüm valyutalar qarşısında ucuzlaşması və ABŞ-da xam neft ehtiyatlarının azalması neftin bahalaşmasına səbəb olur.
Neft 2020-ci ili azalan ehtiyatlar bağlayıb. ABŞ-da xam neft ehtiyatları gözləniləndən daha böyük azalmışdır.
Rəsmi məlumatlara görə, xam neft ehtiyatları keçən həftə 6,1 milyon barel azalaraq analitiklərin təxminlərindən az qala 2 dəfə çox düşmüşdür.
Neft qiymətləri ötən il təxminən 20% geriləmişdir. Koronavirusun sürətli bir şəkildə yayılması ilə bazarlar Mart və Aprel aylarında böyük bir çöküş yaşamışdı.
Marja