Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,58 dollar və ya 1,06% bahalaşaraq 55,27 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,61 dollar və ya 1,02% artaraq 60,42 dollar təşkil edib.