Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,40 dollar və ya 0,64% artaraq 62,42 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,45 dollar və ya 0,63% artaraq 72,22 dollar təşkil edib.