neft-bahalasib

Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,76 dollar və ya 1,45% artaraq 53,35 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,88 dollar və ya 1,43% artaraq 62,55 dollar təşkil edib.