Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,39 dollar və ya 0,70% bahalaşaraq 56,02 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,77 dollar və ya 1,23% artaraq 63,24 dollar təşkil edib.