neft-bahalasib

Neft bahalaşıb

Dünya birjalarında neftin qiyməti artıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,21 dollar və ya 0,33% artaraq 63,31 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,20 dollar və ya 0,28% artaraq 72,17 dollar təşkil edib.