Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,54 dollar artaraq 62,47 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,33 dollar bahalaşaraq 55,63 dollar təşkil edib.