Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1,61 dollar və ya 3,15% bahalaşaraq 52,70 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 1,67 dollar və ya 2,97% artaraq 57,90 dollar təşkil edib.