Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,11 dollar və ya 0,20% artaraq 55,17 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,21 dollar və ya 0,35% artaraq 60,82 dollar təşkil edib.