Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,13 dollar və ya 0,22% artaraq 58,24 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,07 dollar və ya 0,11% artaraq 63,67 dollar təşkil edib.