Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,33 dollar və ya 0,61% artaraq 54,32 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,37 dollar və ya 0,58% artaraq 63,66 dollar təşkil edib.
©Finans.az