Neft qiymətləri yüksəlməkdə davam edir. Dünən 12% bahalaşan Brent nefti bu gün 0,4%, dünən 18% bahalaşan ABŞ xam nefti isə bu gün 1,1% bahalaşıb.
Ölkələrin karantin rejimlərini yumuşaltmaları ilə yanacağa tələbin artması və Mayın 1-dən OPEC+ qrupunun hasilatı azaltmağa başlaması qiymətlərin artmasına səbəb olur.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 07:10-da Brent nefti 0,4% bahalaşma ilə 31,10 dollardan, Qərbi Texas nefti isə 1,1% bahalaşma ilə 24,83 dollardan alıcı tapıb.