Bu gecə Brent neftin qiyməti 65 dollar səviyyəsini də keçib.
Bakı vaxtı ilə saat 06:30-da Brent nefti 3% bahalaşma ilə 65.27 dollardan, ABŞ xam nefti isə 2.9% bahalaşma ilə 61.77 dollardan ticarət olunub.
Neft qiymətləri, ABŞ-dakı soyuq hava dalğasının neft istehsalına mənfi təsir etməsilə əlaqədar olaraq son 13 ayın ən yüksək səviyyələrinə yüksəlib.
ABŞ-da soyuq hava dalğasının nə qədər davam edəcəyi qeyri-müəyyəndir. Pis hava şəraitinin neft qiymətlərinə təsirinin qısamüddətli olacağı düşünülür. Bəzi analitiklər, investorların yüksələn inflyasiyaya qarşı nefti hedc olaraq istifadə etməsilə əmtəənin "super" bir dövrə daxil olduğunu bildirirlər. OPEC+ın istehsal tərəfindəki intizamını davam etdirməsi və peyvəndləmə ilə tələbin yaxşılaşmasının uzun müddətdə neft bazarlarını dəstəkləyəcəyi düşünülür.