neft-bahalasmaqda-davam-edir

Neft bahalaşmaqda davam edir

Dünya birjalarında neftin qiyməti ABŞ-ın xam neft ehtiyatları azalması fonunda artır. İnsider.az xəbər verir ki, neftin qiyməti gün ərzində 2 faizdən çox bahalaşaraq həftənin maksimumuna çatıb.

“Brent” markalı neftin bir barreli Londonun ICE birjasında 65,89 dollara, “Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 59,47 dollara satılır.