Neft qiymətləri, peyvənd xəbərləri və Joe Biden-in vəzifəsini təhvil alması üçün keçid müddətinin rəsmi olaraq başlaması ilə artmaqda davam edir.
İnsider.az xəbər verir ki, Oxford və AstraZeneca tərəfindən hazırlanan peyvəndin istifadəsi ən tez gələn ay mümkün olacaq, digər iki peyvənd şirkətinin də testləri müvəffəqiyyətlə nəticələnib.
ABŞ-ın seçilmiş Prezidenti Joe Bidenin vəzifəsini təhvil alması müddətinin (keçid dövrü) rəsmi olaraq başlaması ilə Asiya bazarları yüksəlib.
Peyvənd xəbərlərinin yaratdığı müsbət şərtlər ilə neft bahalaşır, sərmayəçilər ikinci dalğa ilə əlaqədar tətbiq edilən karantin tədbirini görməməzlikdən gəlirlər.
AstraZeneca peyvəndi bir çox inkişaf edən ölkə üçün çox böyük bir hadisədir. Eyni zamanda ABŞ-da və digər yerlərdə koronavirusa yoluxanların artması neft qiymətlərinin kəskin yüksəlməməsinin əsas səbəbidir.
Qərbi Texas neftinin qiyməti 1.1% bahalaşaraq bareli 43.52 dollara yüksəlib. Brent neftinin qiyməti isə bazar ertəsi günü 2.5% yüksəldikdən sonra 1% artım qeyd edərək bareli 46.52 dollardan ticarət olunub.