Dünya birjalarında neftin qiyməti artıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,12 dollar və ya 0,23% artaraq 51,26 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,35 dollar və ya 0,58% artaraq 60,32 dollar təşkil edib.