neft-daha-da-ucuzlasdi

Neft daha da ucuzlaşdı

Adətən yay mövsümündə neftə tələb ən yüksək səviyyəsinə çatıır, bu il isə koronavirusa görə tələb aşağı qalmaqda davam edir. Digər tərəfdən OPEC+ koalisiyasının istehsalı artır.  

Dünyanın ən böyük neft idxalatçısı olan Çinin xam neft idxalı Avqust ayında geriləyərək ikinci aydır azalıb. Ölkədəki neftayırma zavodlarının anbarları erkən alışlara görə doludur. Bu səbəbdən Sentyabr və Oktyabr aylarında daha az neft alacaqları gözlənilir.

Bunlardan başqa, ABŞ və Çin arasında gərginlik səngimir. ABŞ Prezidenti Donald Tramp ölkəsinin Çinə olan asılılığını sona çatdırmağı hədəfləyir.

Bakı vaxtı ilə saat 1519-da Brent nefti 3% ucuzlaşma ilə 40,65 dollardan, ABŞ xam nefti isə 3,7% ucuzlaşma ilə 37,65 dollardan alıcı tapıb.