Yeni növ koronavirusun Delta variantına yoluxanların çoxalmasına qarşı bir sıra ölkələrdə məhdudiyyətlərin tətbiq edilməsinin tələbin artmasına mənfi təsir edə biləcəyinə dair narahatlıqlar ilə neft ucuzlaşır.
Bu gün Brent neftinin qiyməti yenidən 69 dollardan da aşağı düşüb.
Bakı vaxtı ilə saat 11:45-də Brent nefti 2,4% ucuzlaşma ilə 68,86 dollardan, ABŞ xam nefti isə 2,6% ucuzlaşma ilə 66,43 dollardan ticarət olunub.
Həmçinin, ABŞ-da gözləniləndən yüksək açıqlanmış məşğulluq məlumatından sonra dollar güclənib və bu da dollarda ticarət olunan əmtəələrin qiymətlərinin düşməsinə səbəb olur.
Marja