neft-daha-da-ucuzlasdi

Neft daha da ucuzlaşdı

ABŞ Prezidenti Donald Tramp Neft İxrac Edən ölkələr Birliyinə (OPEC) qiymətləri aşağı salması üçün şəxsi təzyiqini davam etdirir.  

İnsider.az xəbər verir ki, Tramp jurnalistlərə verdiyi açıqlamada, "OPEC ilə əlaqə saxladım, neft qiymətlərini aşağı salmaları lazım olduğunu dedim" bildirib.

Trampın OPEC-ə təzyiqi ilə əlaqədar olaraq neft qiymətləri düşür. Hazırda (saat 12:55) Brent nefti 0,9 faiz ucuzlaşma ilə 71.51 dollardan alıcı tapır.