Qlobal iqtisadi risklər və korreksiya dinamikası neftin təxminən 1 % ucuzlaşmasına səbəb olub.
Şimal dənizində hasil olunan “Brent” markalı neftin aprel fyuçersləri 1,02 % ucuzlaşaraq 1 bareli 85,51 ABŞ dollarına satılıb. "WTI" markalı neftin mart fyuçerslərinin qiyməti isə 1,14 % düşüb və 1 bareli 78,81 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ötən ərzində neft qiymətlərində təxminən 8 % artım qeydə alınıb. Buna, xüsusən də Rusiya Federasiyası Baş nazirinin müavini Aleksandr Novakın mart ayında Rusiyada neft hasilatının azaldılması planları ilə bağlı bəyanatı təsir edib.