neft-deyer-itirir

Neft dəyər itirir

Neft qiymətləri, koronavirus səbəbindən tələbin çökməsilə əlaqədar olaraq ucuzlaşmaqda davam edir.

İnsider.az xəbər verir ki, neft qiymətləri 6%-dən çox geriləyib.

Fed-in dünyanın ən böyük iqtisadiyyatını dəstəkləmək üçün təcili tədbirlər görməsi (faizləri endirməsi və təşviqə başlaması) bazarları sarsıdan qorxunun daha da artmasına gətirib çıxarıb.

ABŞ xam neftinin qiyməti yenidən 30 dollardan aşağı səviyyəni (29,93 dolları) görüb. ABŞ-da benzin ucuzlaşıb.

Bakı vaxtı ilə saat 11:20-də Brent nefti 6,5% ucuzlaşma ilə 31,79 dollardan alıcı tapıb.

Koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlərin artması neftə qlobal tələbin tarixin ən kəskin şəkildə azalmasına gətirib çıxarıb. Nəticədə neftdə fövqəladə ucuzlaşma davam edir.