neft-deyer-itirir

Neft dəyər itirir

Qərbi Texas xam neftinin (WTI) qiyməti 19 dollardan da aşağı düşüb.

İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-də Qərbi Texas xam nefti 8,3% ucuzlaşma ilə 18,34 dollardan, Brent nefti isə 2,5% ucuzlaşma ilə 28.54 dollardan alıcı tapıb.

OPEC və ortaqlarının gündəlik 9.7 milyon barellik rekord istehsal azaltması razılaşması bazarı ayağa qaldırmağa kömək etməyib.

Səudiyyə Ərəbistanı və Rusiya, yaydıqları ortaq açıqlamada, neft bazarını yaxından izləməyə davam edəcəklərini və əgər lazım olsa, OPEC + koalisiyası və digər istehsalçılarla ortaq əlavə tədbirlər görməyə hazır olduqlarını bəyan ediblər.

Səudiyyə Ərəbistanının dövlətə aid neft şirkəti Saudi Aramco, 1 Maydan etibarən istehsalı gündəlik 8.5 milyon barelə endirəcəyini açıqlayıb.

Marja