neft-deyer-itirir

Neft dəyər itirir

ABŞ-da koronavirus epidemiyasının ikinci dalğasının olacağına dair qorxular, Fed-in İyun yığıncağından sonra yaydığı açıqlamada ABŞ iqtisadiyyatının normallaşmasının uzun müddət tələb edəcəyini və bu səbəbdən faizlərin bir neçə il sıfıra yaxın səviyyədə qalacağını qeyd etməsi, ABŞ-da neft ehtiyatlarının artması ilə əlaqədar olaraq neft qiymətləri düşüb.

İnsider.az xəbər verir ki, Bakı vaxtı ilə saat 08:35-də Brent nefti 1,2% ucuzlaşma ilə 38,09 dollardan, Qərbi Texas nefti isə 1,5% ucuzlaşma ilə 35,80 dollardan alıcı tapıb. 

Son 2 əməliyyat günündə Brent nefti 8,6%, Qərbi Texas nefti isə 9,6% ucuzlaşıb.

Gecə Brent neftinin qiyməti 37,01 dolları da görüb.