Neft qiymətləri, Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin ölkədəki iki neft stansiyasına dron ilə hücum olduğunu açıqlamasının ardından yüksəlib.
İnsider.az xəbər verir ki, Brent neft 1.5 faiz bahalaşaraq 71,26 dollara qalxıb.
Səhər saatlarında Səudiyyə Ərəbistanının şərq bölgəsindəki ehtiyatlardan qərb sahilindəki limana neft daşıyan boru xətti üzərində olan 2 nasos stansiyasına dron ilə hücum olub. Hücum nəticəsində 8 nömrəli stansiyada yanğın çıxıb və maddi ziyan meydana gəlib. Milli neft şirkəti "Saudi Aramco" neft nəqlini dayandırıb.
©Marja