Dövlət Neft Fondu 2019-cu ilin 7 ayı ilə müqayisədə 2020-ci ilin 7 ayında Azəri-Çıraq-Günəşli üzrə 2 milyard 675 milyon dollar az gəlir əldə edib.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 01 avqust 2020-ci il tarixinə Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz üzrə gəlirlərini açıqlayıb.
İnsider.az xəbər verir ki, 01.01.2020 - 01.08.2020-ci il dövründə (cari ilin 7 ayında) AÇG yatağından 2 milyard 485 milyon ABŞ dolları, Şahdəniz yatağından (qaz və kondensat) isə 215,5 milyon ABŞ dolları gəlir daxil olub.
O cümlədən, 2020-ci ilin 7 ayı ərzində Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 149 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, ARDNF 2019-cu ilin 7 ayında AÇG yatağından 5 milyard 160 milyon dollar gəlir əldə etmişdi. Beləliklə, Fondun AÇG üzrə gəliri 2,1 dəfə azalıb.
Fond 2018-ci ilin yanvar-iyul dövründə isə AÇG yatağından 5 milyard 621 milyon dollar gəlir əldə etmişdi.
Gəlirin azalması neftin bu il kəskin ucuzlaşması ilə bağlıdır.
Marja