Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2020-ci ilin yanvar ayı ərzində 300,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
İnsider.az xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Qeyd edək ki, Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin dekabr ayı ərzində 886,35 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Beləliklə, dekabr ayı ilə müqayisədə yanvar ayında valyuta satışı 3 dəfəyə yaxın azalıb.
Dövlət Neft Fondu tərəfindən 2019-cu ilin yanvar ayı ərzində 634,9 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirmişdi ki, Dövlət Neft Fondu, satışı qrafikə uyğun nəzərdə tutulmuş vəsaitin yanvar ayında 240 milyon dollarını sata bilməyib. İndi məlum olur ki. Fond yanvarda təxminən 540 milyon dollar vəsait satmalı imiş.
"Qeyd edim ki, cari ayda da (Yanvar) balans təklifin xeyrinədir. Cari ayda Dövlət Neft Fondu 240 milyon dollar vəsaiti sata bilmədi",- Elman Rüstəmov bildirmişdi.
Mərkəzi Bankın sədri əlavə etmişdi ki, Manatın məzənnəsi bahalaşma təzyiqi altındadır. Qeyd edək ki, 2019-cu ildə də Azərbaycanın valyuta bazarında təklif tələbi üstələyib.
Neft Fondunun 2020-ci ilin dövlət büdcəsinə 11 milyard 350 milyon manat (cəmi 6 milyard 676 milyon dollar və ya hər ay orta hesabla 556 milyon dollar) transfert etməsi nəzərdə tutulub.