neft-keskin-bahalasib

Neft kəskin bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair sentyabr müqaviləsinin dəyəri 4,13% artaraq 1 barelə görə 66,81 dollar təşkil edib.

İnsider.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında avqustda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri isə 4,27 % artaraq 60,3 dollar təşkil edib.