Səudiyyə Ərəbistanının milli neft şirkəti "Saudi Aramco"nun səhmləri ilk kütləvi təklifin (İPO) tamamlanmasının ardından Çərşənbə günü birjada əməliyyat olunmağa başlayıb.
"Saudi Aramco" səhmlərinin 32 riyal (8,53 dollar) açılış qiymətilə əməliyyatına başlanılıb. Səhmlər 10% bahalaşaraq 35,2 riyala (9,39 dollar) yüksəlib və şirkətin bazar dəyəri təxminən 1,87 trilyon dollara çatıb.
"Saudi Aramco" səhmlərinin təklif zamanı olan güclü tələb səbəbilə bahalaşacağı gözlənilirdi.
Səudiyyə Ərəbistanı şirkətin səhmlərinin 1.5%-ini 32 riyaldan (8.53 dollar) satmışdı. Beləcə, "Saudi Aramco" 1.7 trilyon dollarlıq bazar dəyərilə dünyanın ən qiymətli şirkəti olub.
"Saudi Aramco", ən böyük beş neft şirkətinin (Exxon Mobile, Total, Royal Dutch Shell, Chevron və BP) cəmi dəyərindən daha böyük bir bazar dəyərinə çatıb.
Marja