neft-qiymeti-proqnozlari-asagi-salindi

Neft qiyməti proqnozları aşağı salındı

Fransanın qlobal maliyyə şirkəti "BNP Paribas", 2019-cu il üçün orta neft qiyməti proqnozlarını aşağı salıb.

Insider.az  xəbər verir ki, BNP 2019-cu il üçün proqnozlarını ABŞ xam nefti üzrə 8 dollar azaldaraq 55 dollara, Brent nefti üzrə isə 9 dollar azaldaraq 62 dollara endirib.

GƏLƏN İL NEFTİN DAHA UCUZ OLACAĞI GÖZLƏNİLİR

BNP, 2020-ci il üçün orta neft qiymət proqnozlarını ABŞ xam nefti üzrə 51 dollar/barel, Brent nefti üzrə 54 dollar/barel müəyyən edib.