Neft qiymətləri, ABŞ-da anbarlarda artan xam neft ehtiyatları ilə əlaqıdar düşür.
Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, xam neft ehtiyatları keçən həftə 1,03 milyon barel artıb. Neft qiymətlərilə əlaqədar texniki göstəricilərdən birinə görə, qiymətlər lazım olduğundan çox yuxarıdadır və yaxın bir zamanda geriləmə ola bilər.
Teksasa ciddi dərəcədə təsir edən soyuq hava dalğasından sonra ABŞ-lı istehsalçılar müvəqqəti dayandırdıqları xam neft istehsalının 80%-ini bərpa ediblər.
Neft qiymətləri, koronavirusa qarşı peyvəndləmənin genişlənməsi, bununla əlaqədar iqtisadi aktivliyin bərpası, tələbin artması və OPEC+ ölkələrinin hasilatlarını azaltmaları ilə əlaqədar olaraq yüksəlmişdi. ABŞ və Avropadakı soyuq hava da qiymətlərin yüksəlməsini dəstəkləmişdi.
Qərbi Teksas neftinin qiyməti 61,11 dollara, Brent neftinin qiyməti isə 65,18 dollara geriləyib. Ötən gün Brent neftinin qiyməti 66,77 dolları görmüşdü.