neft-qiymetleri-bu-il-60-70-dollar-araliginda-deyisecek

"Neft qiymətləri bu il 60 - 70 dollar aralığında dəyişəcək"

Qlobal informasiya provayderi "IHS Markit"in neft analitiki Spenser Uelş neftə dair qiymət gözləntisini açıqlayıb. Uelş neft qiymətlərinin bu il 60 - 70 dollar arasında olacağını proqnozlaşdırır.

ABŞ ilə Çin ticarət müharibələrində yeni gömrük tarifləri olacağı narahatlıqları ilə dünən qiymətlər kəskin şəkildə aşağı düşmüşdü.

İnsider.az xəbər verir ki, Yanvar ayından bu yana qiymətlərin 60 - 70 dollar aralığında və daha balanslı hərəkət etdiyini bildirən Spenser Uelş, qlobal iqtisadiyyatın zəif olduğunu, bunun da qiymətləri aşağıda saxladığını qeyd edib.

Qiymət proqnozunu açıqlayan analitik, "Bir qədər yüksəlməsini gözləyirik.Neftə yüksək tələbatın olduğu bir dövrdəyik. OPEC və tərəfdaşları hasilatlarını azaltmaqda davam edirlər. Qiymətlər 60 - 70 dollar arasında hərəkət edəcəkdir",- deyib.

İran məsələsindəki gərginliyin qiymətlərdə artıma səbəb olduğunu bildirən mütəxəssis "Körfəzdəki proseslər narahatvericidir. Gərginliklər səbəbilə də qiymətlərdə mülayim artım ola bilər" şəklində danışıb.

Cümə axşamı günü ABŞ Prezidenti Donald Tramp Çinə əlavə gömrük tarifi tətbiq edəcəyini bildirib. Bu xəbər qlobal inkişafın zəifləyəcəyi və neftə tələbin azalacağı xofunu artırıb. Xam neft qiymətləri narahatlıqların artırması ilə 4 ilin ən böyük ucuzlaşamsını qeyd edib. ABŞ xam neftin barrel qiyməti 7.9% ucuzlaşaraq 53.95 dollara geriləmişdi. "Brent" neftin barrel qiyməti də  6%-dən çox dəyər itirərək 60.67 dollara enmişdi.

© Marja