neft-qiymetleri-yeniden-artir

Neft qiymətləri yenidən artır

Neft qiymətləri, azalan xam neft hasilatı və güclü çıxan ABŞ iqtisadi məlumatları ilə əlaqədar olaraq yüksəlib.

İnsider.az xəbər verir ki, Brent neftinin qiyməti yenidən 43 dolları keçib.

Bakı vaxtı ilə saat 09:18-də Brent nefti 0,7% bahalaşma ilə 43,09 dollardan, ABŞ xam nefti isə 0,4% bahalaşma ilə 40,48 dollardan ticarət olunub.

Liviyanın neft ixracı bu ay hökumətə müxalif güclərin ixrac imanlarını blok etməsi nəticəsində azalacaq. Üstəlik OPEC + koalisiyası da hasilatı azaldır.

Keçən həftə açıqlanan məlumatlar ABŞ-da məşğuluğun İyun ayında sıçrayış etdiyini göstərdi.

Digər tərəfdən dünyada koronavirusa yoluxanların sayının artması narahatlığı artırır. Koronavirusa yoluxma sayının artması ilə əlaqədar olaraq dünyada bəzi ölkələr məhdudiyyətləri təkrar tətbiq etməyi qiymətləndirir və bu da tələbin azalacağına dair narahatlıq yaradır.