ABŞ-ın planlaşdırdığı kimi Çin mallarına əlavə gömrük tarifi tətbiq etməyə başlamasına baxmayaraq, İran və digər bəzi bölgələrdə artan təzyiqin təklifi azaldacağı gözləntilərini yenidən gücləndirib. Bununla əlaqədar olaraq neft qiymətləri yüksəlib. Bakı vaxtı ilə saat 11:52-də Brent nefti 0,6% artıma 70.62 dollardan alıcı tapıb.
İnsider.az xəbər verir ki, Çin, ABŞ-ın 200 milyard dollarlıq Çin məhsuluna idxal vergisini 10%-dən 25%-ə qaldırmasının ardından cavab tədbirləri görmək vəziyyətində olduğunu qeyd edib.
Qlobal neft təklifinin azaldığına bir işarə olaraq İranın neft ixracının bu ay kəskin azalması göstərilir. Bloomberg-in tanker monitorinqi məlumatlarına görə, İranın neft terminallarından bircə gəmi də digər ölkə limanlarına neft aparmaq üçün yola çıxmayıb.
Vaşinqton və Tehran arasındakı gərginliyin artması ilə yanaşı, Rusiya neftində çirklilik böhranı və Venesueladan gələn neftin azalması ehtimalı, qlobal təklifin daha da düşəcəyinə işarə edir.
Analitiklər bildirirlər ki, ABŞ ilə Çin arasındakı danışıqların nəticəsiz bitməsi vəziyyəində neft qiymətləri düşəcəkdir. Danışıqların bu turundan bir nəticə olacağı gözlənilmir.
©Marja