neft-ticaret-munaqisesi-ve-artan-istehsal-ile-ucuzlasib

Neft, ticarət münaqişəsi və artan istehsal ilə ucuzlaşıb

ABŞ və Çin ticarət danışıqlarının proqramı məsələsində razılığa gəlmirlər. Bu vəziyyət, yenidən gərginləşə biləcək ticarət müharibəsi ilə neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir. Digər tərəfdən, bu il ilk dəfə avqust ayında OPEC istehsalçılarının hasilatı artıb. Bütün bu proseslər neft qiymətlərinin düşməsinə səbəb olur. 

İnsider.az xəbər verir ki, Çinli və amerikalı rəsmiləri, hər iki tərəfdəki inam çatışmazlığına görə, təkrar görüşün əsas şərtləri məsələsində razılığa gələ bilmirlər. Bloomberg-in sorğusuna görə, Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) xam neft istehsalı, qrupun istehsalı azaltmaq səylərinə baxmayaraq, avqust ayında əvvəlki aya nisbətən 0.7% artıb.

Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, Brent neftinin qiyməti 58.61 dollara, Qərbi Texas neftinin (WTI) qiyməti isə 54.89 dollara geriləyib.