Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı və Rusiya ilə qiymətləri sabitləşdirmək üçün danışıqlar aparması cəhdinə baxmayaraq 20 dollar səviyyələrində qalır.
Neft qiymətləri ilin ilk 3 aylıq dövründə, koronavirus epidemiyasının tələbi azaltması və dünyanın ən böyük neft istehsalçılarının bazarları neftə "boğmasının" təsiri ilə 66% düşüb.
İnsider.az xəbər verir ki, Trampın qiymətlərdəki çöküşü Rusiya və Səudiyyə Ərəbistanı ilə müzakirə etdiyini, Moskva və Krallığın bir həll tapmaq üçün görüşəcəklərini söyləməsi də qiymətlərə çox dəstək təmin etməyib.
Sektorun qabaqcıl analitikləri, neft üçün proqnozların qorxunc olduğunu və neftin fəlakət bir Aprel ayı ilə qarşı-qarşıya ola biləcəyini qeyd edirlər. İraq bu ay istehsalını artıracaq, ABŞ-da xam neft ehtiyatları 2017-ci ildən bəri ən böyük həftəlik artımını reallaşdırıb.
Bir sıra analitiklərə görə isə, müzakirə ehtimalı həddindən artıq pis vəziyyətdəki bazara bir az olsun ümid işığı verir. Ancaq qiymətlərin çöküş əvvəli səviyyələrinə yüksələ bilməsi üçün hasilatın çox azaldılması lazım olacaq.
Bakı vaxtı ilə saat 10:30-da Qərb Texas nefti (WTI) 20.56 dollardan, Brent nefti 25.83 dollardan alıcı tapıb.
Trampın açıqlamasından sonra Brent neftinin qiyməti 26 dollara yüksəlsə də yenidən 25 dollar səviyyələrinə düşüb.