Pandemiyanın 2-ci dalğasının başlaması və bir sıra ölkələrdə hasilatın artması ilə əlaqədar olaraq neft qiymətləri düşür.
İnsider.az xəbər verir ki, bu gün Brent nefti 3,5% ucuzlaşaraq 35,81 dolları, ABŞ xam nefti isə (WTI) isə 4% uclaşaraq 33,68 dolları görüb.
Bakı vaxtı ilə saat 08:40-da Brent neft 3,3% ucuzlaşama ilə 36,70 dollardan, ABŞ xam nefti isə 3,6% ucuzlaşama ilə 34,46 dollardan ticarət olunub.
ABŞ və Avropada koronavirusa yoluxanların artması ilə əlaqədar olaraq avtomobil və aviasiya sektorlarının yanacaq tələbinə dair narahatlıqlar artıb. ABŞ və Liviyada artan istehsal da təklif artıqlığı yarada biləcəyinə dair narahatlıqları artırıb.