Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,48 dollar və ya 0,86% azalaraq 55,49 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,33 dollar və ya 0,54% azalaraq 60,84 dollar təşkil edib.