neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,24 dollar və ya 0,43% azalaraq 56,17 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,44 dollar və ya 0,7% azalaraq 62,30 dollar təşkil edib.