Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,45 dollar və ya 0,83% azalaraq 54,03 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,30 dollar və ya 0,50% azalaraq 59,40 dollar təşkil edib.