Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,27 dollar və ya 0,49% azalaraq 55,27 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,19 dollar və ya 0,31% azalaraq 61,40 dollar təşkil edib.