Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,20 dollar və ya 0,35% ucuzlaşaraq 57,46 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,16 dollar və ya 0,25% azalaraq 63,95 dollar təşkil edib.