neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya bazarında neft qiymətləri investorların bazar perspektivlərini və ötən həftənin sonundakı xəbərləri dəyərləndirməsi fonunda cüzi aşağı düşüb.

İnsider.az xəbər verir ki, Şimal dənizində hasil olunan “Brent” neftinin oktyabr fyuçersləri 0,08 % ucuzlaşaraq 1 bareli 86,17 ABŞ dollarına satılıb.

WTI neftinin sentyabr fyuçerslərinin qiyməti də isə 0,08 % azalıb və 1 bareli 82,74 ABŞ dolları təşkil edib.