neft-ucuzlasib

Neft ucuzlaşıb

Dünya birjalarında neftin qiyməti azalıb.

İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,35 dollar və ya 0,61% azalaraq 56,94 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,50 dollar və ya 0,79% azalaraq 62,60 dollar təşkil edib.