Dünya birjalarında neftin qiyməti azalıb.
İnsider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,34 dollar və ya 0,54% azalaraq 62,96 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,37 dollar və ya 0,51% azalaraq 71,78 dollar təşkil edib.