Dünya birjalarında neftin qiyməti azalıb.
Insider.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,05 dollar və ya 0,09% azalaraq 55,04 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin qiyməti 0,05 dollar və ya 0,08% azalaraq 60,33 dollar təşkil edib.