Neft və qazdan gəlirimiz 146 milyard dolları keçdi.
İnsider.az xəbər verir ki, 31.07.2019 tarixinə, 2001-ci ildən etibarən Azəri-Çıraq-Günəşli (AÇG) yatağı üzrə əldə olunan ümumi gəlirlər 143 milyard 366 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Dövlət Neft Fondundan bildirilib.
01.01.2019 - 31.07.2019 tarixlərində AÇG yatağından 5 milyard 160 milyon ABŞ dolları gəlir əldə edilib.
O cümlədən, Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər – (01.01.2019 - 31.07.2019 tarixinə) 209 milyon dolları təşkil edib.
Şahdəniz yatağı üzrə qazın satışından əldə olunan ümumi gəlirlər (2007-ci ildən etibarən) 2 milyard 703 milyon ABŞ dolları (31.07.2019 tarixinə) təşkil edib