neft-yeniden-bahalasib

Neft yenidən bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyul müqaviləsinin dəyəri 0,48% artaraq 1 barelə görə 29,33 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyunda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,99% artaraq 25,54 dollar təşkil edib.